Respublika ərazisinin geodinamik şəraiti açıqlanıb.
ONN media-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirilir ki, respublika ərazisi və ona qonşu tektonik zonaların geodinamik şəraitində əsaslı geodinamik dəyişikliklər müşahidə olunmaqdadır.
Bülletendə deyilir ki, regional planda respublika ərazisi tamamilə sıxılma-gərginlik deformasiya proseslərinin təsiri altında olub. İntensiv sıxılma prosesləri Böyük Qafqazın cənub yamacı, Abşeron periklinalı, Kür depresiyası və Cənub tektonik zonasının şimal-şərq kəsimlərini əhatə edib: “Regional planda respublika ərazisində iki lokal sıxılma Bakı - Siyəzən, Zaqatala - Balakən və bir genişlənmə (Naxçıvan - Culfa) gərginlik deformasiya strukturları müşahidə olunmaqdadır: "Ölkə ərazisinin seysmotektonik rayonlaşdırma xəritəsinin geodinamik proseslərlə korrelyativ təhlili göstərir ki, Azərbaycan ərazisinin Abşeron yarımadası, Böyük Qafqaz və Kür depresiyası, eləcə də Naxçıvan zonasında geostrukturları praktik olaraq vahid geodinamik struktur kimi özünü göstərir və bu strukturun Xəzər akvatoriyası ilə Bakı-Siyəzən, Naxçıvan-Ordubad, Zaqatala-Balakən və Tovuz-Qazax seysmoaktiv zonaları daha intensiv geodinamik proseslərin təsirinə məruz qalır. Abşeron yarımadasında bir sıxılma və bir genişlənmə gərginlik deformasiya strukturunu özündə birləşdirir. Şamaxı-İsmayıllı seysmoaktiv zonası isə demək olar ki, bütövlükdə sıxılma gərginlik deformasiya proseslərinin təsiri altındadır. Sıxılma gərginlik deformasiya strukturu Şamaxı-Yekəxana istiqamətində daha da intensivləşməkdədir. 11.01.2018-ci il tarixdə Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində maqnitudası 3,4, dərinliyi 33 km olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Ümumən, ölkə ərazisində kontrast geodinamik şərait davam etməkdədir. Regionda baş verən proseslər intensiv geodinamik şəraitin formalaşdığını ehtimal etməyə əsas verir”.



Azərbaycanda bu ZONALARDA güclü zəlzələlər ola bilər
Küləyin sürəti şiddətlənir- YENİLƏNİB
Çaylarda daşqın olacaq - ETSN
Bu çimərliklərə getməyin! - XƏBƏRDARLIQ
Azərbaycanda güclü zəlzələ gözlənilir?
Bakıda nə baş verir?-AÇIQLAMA
Naxçıvanda 38 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
Sabaha olan hava proqnozu
Sabahın havası açıqlandı
Faktiki hava açıqlandı
Yağışlı hava nə vaxta kimi davam edəcək?
Güclü külək nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 