ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - hisslərinizə diqqət yetirin. Hissiyatınız bu gün sizə doğru qərarı deyə bilər. Təcili, qəfil qərarlar verməyin. Yorulubsunuzsa, bir qədər dincəlin, istirahət edin, planlarınızı bir daha götür-qoy edin. Həyata baxışınız, ailə münasibətləri, uşaqların tərbiyəsi və təmaslarınızla bağlı davranışlarınızda rasionallıq artacaq. Buğa - maliyyə məsələləri ilə bağlı bütün işlərdə sizi bu gün uğur gözləyir. Aktiv, amma ehtiyatlı olun, emosiyalarsız davranın. Sərfəli iş, gəlirli əməliyyatla bağlı hissiyatınız güclənəcək, lazımi adamları səhvsiz müəyyənləşdirəcəksiniz. Əkizlər - gün ərzində peşəkar fəaliyyətiniz, biznesiniz, rəhbərliklə münasibətləriniz sizi düşündürəcək. Gördüyünüz işlər, çəkdiyiniz əmək və ya qəbul etdiyiniz planla bağlı fikirlər bugünkü qayğılarınız olacaq. Tərəfdaşlarınız və şəriklərinizlə münasibətlərinizdə maliyyə anlaşılmazlıqları varsa, münasibətləri aydınlaşdırmağa çalışmayın. Xərçəng - planlarınızı valideynləriniz və ya ailənizin başqa üzvləri ilə müzakirə edin. Müzakirlərə uzaq qohumlarınız, ailə dostlarınız, yaxud da tanışlarınızı cəlb edə bilərsiniz. Evdən uzaqdasınızsa, uşaqlıq dostları və ya qohumlardan birinin yardımı yerinə düşərdi. Buna qüvvə və gücünüzü əsirgəməyin. Şir - əgər sevdiyiniz adamda gözəl həyata istək və maraq oyanıbsa, onunla razılaşacaq, fikrindən çəkindirməyə çalışmayacaqsınız. Ailə həyatında bütün bunlar məişət, yaşam və gündəlik rahatlığın təminatı ilə bağlı xərclərin artmasına səbəb ola bilər. İşgüzar sahədə yeni layihəyə başlamaq, yeni ofisdə çalışmaq istəyəcəksiniz. Qız - ailə qayğıları bu gün xüsusi əhəmiyyət kəsb edəcək. Valideynlərlə təmas, doğma yerlərə baş çəkmək sizinçün əvvəlki vaxtlardan daha böyük önəm kəsb edə bilər. Tərəzi - günün ilk yarısı aktiv fəaliyyət üçün çox uğurludur. Bu saatlarda çox yaxşı çalışaraq gəlir əldə edə bilərsiniz. İş yerində uğurlu karyeraya nail olmaq fikriniz varsa, bu gün ən əlverişli məqamlardan biridir. Ev şəraitini dəyişmək və ya sayğı ilə hörmətini artırmaq istəyənlər üçün də əlverişli vaxtdır. Sizin üçün mühüm insanlarla əhəmiyyətli məsələni müzakirə edəcəksiniz.
Günün qoroskopu: özünüzü yaxşı formada saxlamaq ilə bağlı problemlər bu gün sizi narahat edəcək



Günün qoroskopu: Ailənin diqqətə ehtiyacı var
Günün qoroskopu: emosiyalarınıza hakim olun
Günün qoroskopu: başqalarının uğurlarına paxıllıq etməyin
Günün qoroskopu: uğurlu, işlər üçün düşərli gündür
Günün qoroskopu: təmaslarınızda diqqətli olun
Günün qoroskopu: Maliyyə durumunuzu yaxşılaşdırmağa çalışın
Günün qoroskopu: hər addımınız səlis və düşünülmüş olmalıdır
Günün qoroskopu: Təxəyyülünüz sərhəd bilməsin
Günün qoroskopu: Qəfil gəlirlər, hədiyyələr və sürprizlər istisna deyil
Günün qoroskopu: perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 