Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edir.
O, təqsirləndirilən şəxslərə cəza istəyir.
İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )və digər maddələri ilə ittihamlar irəli sürülüb.



MTN generallarının məhkəmə istintaqı başa çatıb
Həbsdə olan Vüqar Səfərlidən NƏ XƏBƏR?
Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə AĞIR CƏZA
Səfərlinin məhkəməsi təxirə salındı - SƏBƏB?
Cahangir Hacıyev bəraət istədi
"Azərsu"ASC-nin sabiq əməkdaşına AĞIR CƏZA VERİLDİ
Məhkəmə Vüqar Səfərli barədə QƏRAR VERDİ
BDU-nun müəlliminə qarşı 50 min manatlıq dələduzluq
Vidadi Muradovun cinayət işinə xitam verildi
Rəfael Cəbrayılovun məhkəməsi niyə təxirə salındı?
Vilyam Hacıyev ifadə vermək üçün məhkəmədən vaxt istəyib
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 