Bu gün Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təsdiq edilib.
ONN media xəbər verir ki, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.
Xatırladaq ki, mövcud qanuna əsasən, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.
Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən( 15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanıb.
Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.



Şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum azaldılır
Şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumlar təsdiqləndi
Xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır
İlham Əliyev bu qanunu təsdiqlədi
Pasport və şəxsiyyət vəsiqələri üçün YENİ RÜSUMLAR
Arxiv sənədlərindən çıxarışlara görə rüsum ödəniləcək
Bu rüsumlar artırılır - Siyahı
Azərbaycanda bu qanun ləğv edilir
Pasport və şəxsiyyət vəsiqələrilə bağlı yeni rüsumlar - Siyahı
Sürücülük vəsiqəsinə görə rüsum ARTIRILDI
15 yaşı tamam olmayanlara da şəxsiyyət vəsiqəsi veriləcək
15 yaşı tamam olmayanlara yeni qaydada şəxsiyyət vəsiqəsi veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 