Azərbaycanda xüsusi karantin rejiminin Avqust ayının 1-dək uzadılmasına qərar verilib. ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib. O qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonunda 21 iyun 2020-ci il saat 00:00-dan 5 İyul 2020-ci il saat 06:00-dək ciddi karantin rejimi tətbiq ediləcək. Yaşayış yerini tərk etmək SMS xəbərdarlıq və xüsusi icazə əsasında olacaq. Abdullayeva məhdudiyyət tətbiq ediləcək sahələri açıqlayıb: “Məhdudiyyətlərə dövlət və özəl təşkilatlarla işləyənlərlə bağlı məhdudiyyətlər, yəni müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlərin dayandırılması, muzey və sərgi salonlarının fəaliyyətinin dayandırılması, malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları daxildir. Məlum olduğu kimi, 1 iyundan onsuz da qüvvədə olan bəzi məhdudiyyətlər var idi ki, həmin məhdudiyyətlər də bu zaman çərçivəsində saxlanılır. Yəni rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq, bərpa üzrə xidmətlər (burada tibbi xidmətlər istisna təşkil edir), mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, hotellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri, tədbirlərin təşkili, təhsil müəssisələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyətləri qüvvədə qalır”. Sabah Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə ətraflı məlumat yayacaqdır.
TƏCİLİ XƏBƏR: Azərbaycanda xüsusi karantin rejimi BU TARİXƏ QƏDƏR uzadıldı



Üç qruplu iş rejiminə keçilir
Azərbaycanda SMS icazə sistemi bərpa edilir – RƏSMİ
Hansı müəssisələrin fəaliyyəti yenidən dayandırılır? – SİYAHI
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
Sərt karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Bakı metrosu xüsusi karantin rejimi müddətində işləyəcək? - RƏSMİ AÇIQLAMA
SON DƏQİQƏ: Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? — RƏSMİ AÇIQLAMA
190 manat yardımdan YENİ MƏLUMAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 