ONN media xəbər verir ki, Fevralın 26-da “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Əvvəlcə 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.
Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra aksiya iştirakçıları müxtəlif dillərdə “Uşaqlar və müharibə” mövzusunda çıxış ediblər.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və aksiya iştirakçıları Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı əkiblər. Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyaya Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun 120-yə yaxın iştirakçısı, o cümlədən ölkəmizdə təhsil alan və yaşayan xarici ölkə vətəndaşı olan uşaqlar qoşulub. Qeyd edək ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniya Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır.



Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda oldu
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib
Leyla Əliyeva Azərbaycan xalqını təbrik edib
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Prezident doğum gününü ailə üzvləri ilə birgə qeyd edir
Leyla Əliyeva nərə balıqlarının suya buraxılması mərasimində
Mehriban Əliyeva Gəncədə - FOTO
Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak etdi
Prezident və xanımı Zooloji Parkın açılışında
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 