Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.
Trend-in məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında deyilib
İclasda ötən il hakimliyə namizədlərin seçimi prosesinin davam etdiyi, şəffaf prosedurlarla keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış 126 namizədin 2017-ci ilin yanvar ayından uzunmüddətli tədrisə cəlb edildiyi vurğulanıb. Kurs zamanı onların beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi önəm verilib, bütün hakimliyə namizədlər Türkiyədə, habelə Avropa İnsan Hüquqları Məhkəməsində nəzəri və praktiki təlimlər keçiblər.
Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib, Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayevə irad tutulub, habelə 1 hakim barədə intizam icraatı başlanılıb.



Yüksək vəzifəli şəxslər cəzalandırıldı - AZƏRBAYCANDA
Azərbaycanda məhkəmə sədri CƏZA ALDI
Bu şəxslərə rəsmən XƏBƏRDARLIQ EDİLDİ
Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda 7 hakim İŞDƏN AZAD EDİLDİ
51 vəzifəli şəxs işdən çıxarıldı - AZƏRBAYCANDA
Azərbaycanda iki vəzifəli şəxs həbs olundu - RƏSMİ
Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ
3 hakimin səlahiyyətlərinə xitam verildi
2 prokurorluq işçisi orqandan çıxarıldı, 8-i işdən kənarlaşdırıldı - RƏSMİ
Nazir 40 nəfəri işdən çıxarıb
Prezidentin işdən çıxardığı hakim kimdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 