Hakimlərin Seçki Komitəsi bildirir ki, test imtahanında müvəffəqiyyət qazanmış 163 nəfər hakimliyə namizədlərlə yazılı imtahan dekabrın 22-də saat 10:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanı) keçiriləcək.
Bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan ilk dəfə olaraq elektron qaydada keçiriləcək.
İnşa mövzularının ifadə edilməsinə dair xüsusat və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda göstərilib.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni dekabrın 11-dən etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə bilərlər.
İmtahan yerinə saat 09:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.
Eyni zamanda, Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar müvafiq sənədlərini təqdim edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.



Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət Qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə
DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək
İşə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
XİN-də işləmək istəyənlərin nəzərinə!
Miqrasiya orqanlarına qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək
Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ
Dövlət qulluğuna imtahan keçiriləcək
Diplomatik xidmətə qəbul olmaq istəyənlərin nəzərinə
1415 taksi sürücüsü imtahan verəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 