2024-cü il avqustun 12-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.
ONN media xəbər verir ki, iclasda qeyd olunub ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 80 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahan keçirilib. Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə Komitə üzvləri tərəfindən müvafiq suallar imtahandan bilavasitə əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb.
İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Şifahi imtahanda namizədlərə hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib.
Diqqətə çatdırılıb ki, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi“ Qaydalarına edilmiş dəyişikliklərə əsasən imtahanlarda psixoloq iştirak edib. Qaydalara əsasən, imtahana cəlb edilmiş psixoloq namizədin qiymətləndirilməsində iştirak etmir, yalnız onun psixoloji portreti barədə rəy verir. Həmin rəy məlumat xarakterli olmaqla, imtahanın nəticələrinə təsir etmir.
Qeyd olunub ki, imtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 47 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcək. Qaydalara əsasən, imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.
Tədris kursu çərçivəsində namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, müasir məhkəmə-hüquq islahatları, hakimin etik davranışı, korrupsiyaya qarşı mübarizə, insan hüquqları, beynəlxalq hüquq normaları, habelə məhkəmə təcrübəsində daha çox rast gəlinən mübahisələrə və digər aktual məsələlərə dair mövzular nüfuzlu hakim və ekspertlərin iştirakı ilə tədris olunacaq, habelə onlar müvafiq məhkəmələrdə staj keçəcəklər. Həmçinin, namizədlərin xaricdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.
Tədris kursu sentyabr ayının 2-də başlanılacaq.
Eyni zamanda bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 15 dekabr 2024-cü il tarixdə keçiriləcək test imtahanında iştirak üçün artıq 54 namizəd sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir



Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ
Hakimlərin Seçki Komitəsinə yeni sədr seçilib
İmtahan sualları müəllimlərə öncədən verilibmiş?- Rəsmi
12 hakim məsuliyyətə cəlb edildi, 1 nəfər işdən çıxarıldı
DİQQƏT- Vakansiya seçimi bu tarixdə başlayacaq
Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ
Taksi sürücüləri üçün imtahan keçirildi
Bu gün keçirilən imtahanın nəticəsi nə vaxt açıqlanacaq?
Dövlət qulluğuna qəbul üçün imtahanlar başa çatdı
Müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum oldu
Bu tarixdə MİQ imtahanı verənlərin NƏZƏRİNƏ
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 