Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Bu məqsədlə, Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb. Bu barədə ONN media -ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirblər. Bu qüsurların aradan qaldırılması məqsədilə, Şirvan ŞMX və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb. Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-ün baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaqdır. Bu zaman, xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcəkdir. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-ün tövsiyələrini nəzərə alaraq, yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcəkdir.
Azərbaycanın bu şəhərində koronavirusa yoluxma artdı - QAPANMA QƏRARI VERİLDİ


Şirvan şəhər İcra Hakimiyyəti təkzib etdi - TƏYİNAT OLMAYIB
Zavoddakı partlayışla bağlı TƏBİB-dən açıqlama
Şirvan xəstəxanasında insident - RƏSMİ AÇIQLAMA
ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi
Azərbaycanda bu mərkəzlər xəstəxanalara birləşdirilir - SİYAHI
Vüqar Qurbanov 3 direktor təyin etdi
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: yaralılar var
Dələduzluq edən Şirvan sakininə cinayət işi açıldı
Şirvanda 4 yaşlı qıza qarşı İYRƏNC ƏMƏL
Şirvanda "NARKOTİK OVU": Keçmiş məhkum da işin içində olub
SON DƏQİQƏ: Azərbaycanda zavodda partlayış oldu- Yaralı var
Şirvanda gənc oğlanın meyiti tapılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 