Xarici diplomların ölkəmizdə tanınmamasının müxtəlif səbəbləri var.
ONN media bildirir ki, bu barədə Trend-in suallarını cavablandıran Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, diplomların tanınmasından imtinaya ilk səbəblərdən biri şəxsin tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmamasıdır.
“Pasportda giriş-çıxış möhürləri təsdiq edir ki, o, bu ölkədə hansı müddət ərzində olub və tədris yükünü mənimsəmək üçün həmin müddət kifayət edir, yoxsa yox”, - İ.Orucov deyib.
O qeyd edib ki, başqa bir səbəb isə tədris dili üzrə bilik səviyyəsinin aşağı olmasıdır.
“Məsələn, şəxs Gürcüstanda gürcü dilində təhsil alıb, lakin bu dildə elementar biliklərə sahib deyil.
Əlbəttə müraciət edənlərin böyük bir qisminin diplomları təsdiq olunur. Diplomları tanınmayan şəxslərin böyük əksəriyyəti Ukrayna və Gürcüstanda təhsil alanlardır. Biz mütəmadi olaraq valideynlərə də müraciət edirik ki, xaricdə təhsil adı ilə insanları aldadan, etibarından sui-istifadə edənlərə inanmasınlar”, - deyə İ.Orucov bildirib.
Xatırladaq ki, ötən il 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.



81 nəfərin diplomu tanınmadı
Xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmadı
Daha 65 nəfərin xarici diplomu tanınmadı
73 nəfərin diplomu tanınmadı
Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirilir
Təhsil Nazirliyi bu universitetlərin diplomunu tanımır - SİYAHI
Diplomu xaricdə tanınmayanlar üçün çıxış yolu
Xaricdə təhsil alanların sayı niyə azalıb?- ÖZƏL
Ekspert ali məktəblərdə din tədrisinə niyə qarşı çıxdı?
Rus bölməsində nə qədər şagird təhsil alır? - Nazir AÇIQLADI
Bu siniflərinin tədris ili üçün nümunəvi tədris planları TƏSDİQLƏNDİ
Xarici dil öyrənməyin 4 EFFEKTİV YOLU
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 