Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib. ONN media xəbər verir ki, muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər. Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib. Əməliyyat taktiki təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası, "Naxçıvan" Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarətdir. Planla tanışlıqdan sonra təlimə start verilib. Təlimin ssenarisinə əsasən döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhəddində təxribat törədən kəşfiyyat-diversiya qruplarının "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərəsizləşdirilməsi ilə başlayıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək şərti düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində şərti düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib. Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib. Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub. Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlayıb, onları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etmiş, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib: Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən milli ordumuz olmalıdır”. Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay bildirib ki, birgə təlim Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrilib: “Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olundu. Müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil. Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır”. Türkiyə Respublikasının 3-cü Ordu Komandanı birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq edib. Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Sonra xatirə şəkli çəkdirilib.
Naxçıvanda Türkiyə ordusu ilə birgə təlim keçirildi - FOTOLAR



Türk general Naxçıvanda Vasif Talıbovla görüşdü
Türkiyənin ordu komandanı Vasif Talıbovla görüşdü
Türkiyə Naxçıvandakı hərbi hərəkətliliklə bağlı MƏLUMAT YAYDI - VİDEO
İlham Əliyev hərbi aerodromun açılışında
Naxçıvanda "Sarsılmaz qardaşlıq-2021" təlimi başladı
Azərbaycan-Türkiyə təlimləri davam edir
Türkiyə hərbçiləri Naxçıvana gəldi - Video
Türkiyə hərbi texnikaları Naxçıvanda
Türk ordusu Naxçıvanda – Qürurlandıran görüntülər (VİDEO)
Türkiyə hərbi aviasiyası Naxçıvanda - VİDEO
Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
Naxçıvanda hərbçilər xüsusi təlim keçirdi - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 