Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın “Mail.ru” elektron poçt xidmətinin Azərbaycandan olan istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyaları həyata keçirdiyini qeydə alıb. ONN media xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. "Elektron Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır. Saxta e-poçtlardan birində guya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüşdə həlak olanların siyahısını açıqladığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır. Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan azərbaycanlı istifadəçilərə yazaraq Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışırlar. Elektron Təhlükəsizlik Xidməti “Mail.ru” e-poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə (linkə) daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir. Bildiririk ki, hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin. Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamağınızı və Elektron Təhlükəsizlik Xidmətinə göndərməyinizi xahiş edirik", - deyə nazirlik bəyan edib.
Azərbaycandan olan “Mail.ru” istifadəçilərinə hücum başladı



Vətandaşların DİQQƏTİNƏ! Saxta məktublara aldanmayın...
Nazirlikdən əhaliyə daha bir XƏBƏRDARLIQ
Nazirliyin adından saxta məktublar göndərilir - XƏBƏRDARLIQ
Vatsapla bağlı XƏBƏRDARLIQ
Nazirlikdən “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ
“Telegram” və “WhatsApp” istifadə edənlərin DİQQƏTİNƏ!
“Bravo” adından saxta mesajlar göndərilir - NAZİRLİK
DİQQƏT: Əhaliyə saxta məktublar göndərilir
DİQQƏT- Bank adından pullarınızı ala bilərlər
Telefona gələn mesajlarla bağlı XƏBƏRDARLIQ
Nazirlikdən internet istifadəçilərinə XƏBƏRDARLIQ
Dələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 