Son günlər fişinq kampaniyalarının artdığı müşahidə olunur. Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar bu dəfə istifadəçilərə Votsap üzərindən “700 AZN pulsuz bonus qazan” başlığı ilə spam mesajlar göndərir. Cavab mesajında “GO” yazaraq keçidə daxil olunması istənilir. Keçidə daxil olan istifadəçi zərərli saytlara yönləndirilir. Bonusu əldə etmək üçün istifadəçidən ad, soyad, cinsi, ünvanı, mobil nömrəsi kimi fərdi məlumatlarını daxil edərək saytda qeydiyyatdan keçməsi tələb olunur. Bundan sonra istifadəçi başqa bir səhifəyə yönləndirilir və ondan kart hesabının məlumatlarını daxil edərək depozit yatırması istənilir. Məlumdur ki, bu məlumatları daxil edən istifadəçinin hesabından vəsaitlər silinir. Ələ keçirilən fərdi məlumatlar isə kiberdələduzlar tərəfindən növbəti bədniyyətli əməllərin həyata keçirilməsində istifadə olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə keçidlərə daxil olmamağa, fərdi məlumatlarını, xüsusilə kart hesablarını təqdim etməməyə çağırır. Bu kimi saytların məqsədi istifadəçiləri tələyə salaraq maddi vəsait ələ keçirməkdir. Belə mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, keçidlərə daxil olmasınlar və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı spam olaraq şikayət etsinlər. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.
Vatsapla bağlı XƏBƏRDARLIQ



Nazirlikdən “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ
“Bravo” adından saxta mesajlar göndərilir - NAZİRLİK
Vətandaşların DİQQƏTİNƏ! Saxta məktublara aldanmayın...
Nazirlikdən əhaliyə daha bir XƏBƏRDARLIQ
Saxta lotereya ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Nazirliyin adından saxta məktublar göndərilir - XƏBƏRDARLIQ
Dələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Azərbaycandan olan “Mail.ru” istifadəçilərinə hücum başladı
Nazirlikdən əhaliyə vacib müraciət - DİQQƏTLİ OLUN!
Yazışmalarınız ələ keçirilə bilər - Vətəndaşlara xəbərdarlıq
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
DİQQƏT- Bank adından pullarınızı ala bilərlər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 