ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - sövdələşmə, maliyyə əməliyyatlarının aparılması üçün əlverişli gündür. Xərclərin əksər hissəsi ailənin tələbatının ödənməsi ilə bağlıdır. Xəsislik etməyin. Buğa - ailə üzvlərinin, sevdiyiniz insanların xoş emosiyaları, sevinci hər şeyə dəyər. Günün ikinci yarısı konfrans, seminar və ya analoji tədbirə dəvət ala bilərsiniz. Həmfikir olduğunuz insanı asanlıqla ümumi işə cəlb edə bilərsiniz. Əkizlər - unutmayın ki, pozitiv təmayüllərin güclü olmasına rəğmən, düşünülməmiş addımlar atmaq gərək deyil. Təmkinli olun, "ağır oturub batman gəlin". Xərçəng - dostlarla ünsiyyət və birgə fəaliyyətin intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır. Şir - yeni və faydalı biliklər, bacarıqlar əldə etmək üçün əlverişli vaxtdır. Xoş təəssürat bağışlamaq istədiyiniz insanla axşam saatlarında görüşə bilərsiniz. Səlis olun, nə demək istədiyinizi bilin, söylədiyiniz ifadələrin fərqinə varın. Qız - işdə əhəmiyyətli uğur qazana bilərsiniz. Rəhbərliyin rəğbətini qazana bilərsiniz. Əvvəllər səlahiyyət dairəsinə daxil olmayan işlərlə məşğuliyyət ehtiyacı yarana bilər. Tərəzi - münbit emosional fona malik gündür. Yaxşı əhval-ruhiyyədəsiniz. Kiçik problemlərdən təşvişə d6üşərək kefinizi pozmayın. Əqrəb - uğurlu gündür. Çətinliklərin öhdəsindən gələcəksiniz. Özünüzə inamı itirməyin. Bu gün uğur üçün yetərincə imkanlarınız var. Oxatan - münaqişələrin çözülməsi, problemlərin həlli, mürəkkəb suallara cavabların tapılması üçün yaxşı vaxtdır. Uzaq səfərlərə, tənha səyahətə çıxmaq olmaz. Romantik görüş pis keçməyəcək, amma gözləntilərinizi doğrultmayacaq. Oğlaq - iş üçün çox yaxşı gündür. İşgüzar fəallıq yüksəkdir, çox işləri başa vura bilərsiniz. Səhvlərə yol verməyin, məğlubiyyətsiz taktika gəlişdirərək ondan yararlanmağa can atın. Dolça - məntiq və şüurunuz emosiyaları nəzarətdə saxlasın. Münasibətləri və təmasları təhlükəyə atmayın. Balıqlar - parlaq ideyalarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə can atırsınız. Əməyiniz və səyləriniz diqqətsiz qalmayacaq. Ödül səxavətli olacaq.(milli.az)
Günün qoroskopu: iş üçün çox yaxşı gündür



Günün qoroskopu: İzafi işlərə başlayaraq özünüzü yormayın
Günün qoroskopu:Yaxınlarınıza yardım edin
Günün qoroskopu: çətin problemlərin həlli üçün əlverişli zamandır
Günün qoroskopu: Çoxdan bəri yarımçıq qalmış işi tamamlayın
Günün qoroskopu: bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin
Günün qoroskopu: ciddi problemlər, ağır fəsadlı olaylar olmayacaq
Günün qoroskopu: emosiyalarınıza hakim olun
Günün qoroskopu: Gəlirlər istisna deyil
Günün qoroskopu: sevdiyiniz insanla dil tapmaq asan deyil
Günün qoroskopu: əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil
Günün qoroskopu: işgüzar münasibətlər həddən artıq ehtiyatlı davranış tələb edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 