Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə məktəblilər arasında keçirilən LEGO Sumo robototexnika olimpiadasının final yarışları keçirilib.
ONN media xəbər verir ki, olimpiadaya paytaxt məktəblərinin şagirdləri ilə yanaşı, Gəncə, Şirvan, Ağdaş, Şəki və Sumqayıtdan olan 100-dək region məktəbliləri də qatılıblar.
Olimpiadanın birinci mərhələsində iştirakçılara robotların yığılması və proqramlaşdırılması ilə bağlı təlimlər keçilib. Robotların ilkin yarışmasından sonra 12 məktəbli 6 komanda şəklində finala vəsiqə qazanıb.
Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçirilib. Hər bir komanda Qərbi Kaspi Universiteti tərəfindən verilən LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlayıb və robotunu döyüşə çıxarıb.
Olduqca maraqlı və gərgin keçən final döyüşlərindən sonra olimpiadanın ən yaxşı üçlüyü məlum olub. Qaliblərə pul mükafatı və bütün iştirakçılara hədiyyələr təqdim olunub.
Robototexnika olimpiadasının keçirilməsində məqsəd məktəblilər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə əmək bazarında tələbatın artdığı robototexnika mühəndisliyinin təbliği, şagirdlərdə bu sahəyə marağın artırılmasıdır.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti cari tədris ilindən etibarən mühəndis ixtisasları üzrə kadr hazırlığı aparır, universitetdə bu ixtisasların yüksək səviyyədə tədrisi üçün müasir laboratoriya və mərkəzlər, eyni zamanda Yüksək Texnologiyalar Parkı qurulub.



Məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadası BAŞLAYIR
Bu Universitetdə Texnopark qurulur
Bakı Elm Olimpiadası keçiriləcək
Tankçılarımız finala yüksəldi
"STEAM Azərbaycan" festivalına start verildi
Azərbaycanda təhsil robotlarının tətbiqinə başlanıldı
Azərbaycanın yığması 1/8 finala vəsiqə qazandı
Ermənistan darmadağın oldu
Mərakeş İspaniyaya qalib gələrək 1/4-ə finala yüksəldi
Parisdə yarış buna görə təxirə salındı
AVRO-2020: Bakı bu matça ev sahibliyi edəcək
Türk İnteqrasiya Olimpiadası keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 