Martın 9-da, saat 17-dən 20-dək İstiqlaliyyət küçəsində yerləşən “LİBRAFF” kitab mağazasında yazıçı Varisin (Varis Yolçuyev) "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək.
“Uzaqdan gələn yağış” romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə – kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.
Müəllif əmindir ki, yeni roman gənclərin birnəfəsə oxuyacağı kitab olacaq.
Onu da qeyd edək ki, bu ilin yanvar ayından satışda olan və artıq kifayət qədər maraq oyada bilən "Uzaqdan gələn yağış" kitabını “LIBRAFF” mağazası imza günündə xüsusi 20 faizlik endirimlə satışa çıxaracaq.
Kitab “TEAS Press” Nəşriyyatında nəşr olunub.
Müəllif haqqında
Azərbaycan yazıçısı Varis (Varis Yolçuyev) nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat mükafatı (2016), eləcə də Azərbaycanın “Qızıl kəlmə” ali ədəbiyyat mükafatı (2011) laureatıdır. O, “New York Writer`s Annual International Conterence” sertifikatına (ABŞ), Antuan de Sent Ekzüperi (Fransa) və Slavyan Ədəbiyyat Festivalı – Adam Mitskeviç (Polşa) diplomlarına layiq görülüb. Yazıçı 2017-ci ildə “Promotion of Creative Writinq in the USA” layihəsinə üzv seçilib. 2018-ci il London mükafatının nominantıdır. Varisin yaradıcılığında Şərq və Qərb xətləri qabarıq görünür. Onun “Sonuncu ölən ümidlərdir”, “Sənə inanıram”, “Son məktub” kimi sentimental trillerləri Azərbaycan, Türkiyə və Özbəkistan kimi Şərq ölkələrində populyardırsa, “Metamorfoz”, “Yanvarın 13 günü”, “Yetmiş yeddinci gün”kimi psixoloji-fəlsəfi dramları da ABŞ, Rusiya, Bolqarıstan kimi Qərb ölkələrində sevilərək oxunur.



Rüstəm Behrudinin İmza günü və şeir gecəsi keçiriləcək
"LİBRAFF"ın iki mağazası niyə bağlandı? - RƏSMİ AÇIQLAMA
Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı
Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib
Cavid Zeynallının romanı ikinci dəfə nəşr olundu
Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanı çap olunub
Fərid Hüseynin şeirlər kitabı Moldovada çap olundu
Yunus Oğuzun "Ovçu" romanı dövlət mükafatına təqdim olundu
Yunus Oğuzdan "Uçurum" romanı
Yazıçı Cavi Dan İmadəddin Nəsimi haqqında roman yazır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 