ONN media xəbər verir ki, mayın 19-da Gəncədə “LİBRAFF” kitab mağazasının təşkilatçılığı ilə keçirilən imza günündə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin qələmindən çıxan “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları şəhər ictimaiyyətinə, oxuculara təqdim edilib.
İmza günündə, həmçinin müəllifin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı uzun illər ərzində apardığı araşdırmalar zamanı topladığı orijinal materiallar, nadir foto şəkillər və sənədlər sərgilənib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu, Azərbaycan Yazışılar Birliyinin Gəncə şöbəsinin, Cümhuriyyət muzeyinin əməkdaşları, şəhər ictimaiyyəti, ali məktəblərin müəllim və tələbə heyəti , KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “LİBRAFF” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva bu il
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü olduğunu, bu münasibətlə də tədbirlər planı hazırlandığını bildirib. Natiq Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətini diqqətə çatdırıb.
İlboyu AXC ilə bağlı tədbirlərin davam edəcəyini söyləyən Ü.Allahverdiyeva ilk tədbirin məhz Gəncədə keçirilməsinin tarixi əhəmiyyəti olduğunu bildirib: “Çünki Gəncə Cümhuriyyətimizin ilk paytaxtı olub, biz də bu məqsədlə ilk tədbirimizi burada keçirməyi qərara aldıq”.
Sonra Dilqəm Əhməd Cümhuriyyət tarixi və topladığı materiallar haqqında oxuculara ətraflı məlumat verib. O, bildirib ki, Gəncədə Cümhuriyyət sərgisi və imza mərasimi keçirmək həm də mənəvi borcdur: “Gəncə Yusifbəylilərin, Rəfibəylilərin, Şeyxzamanlıların, Ziyadxanlıların, Pişnamazzadələrin, Xasməhəmmədovların yurdudur. Cümhuriyyətimizin qurucularının çoxu bu torpaqda yetişib. Ona görə də burada sərgi və imza günü keçirmək bizim üçün şərəfdir”.
Daha sonra müəllif sərgisi ilə bağlı oxuculara məlumat verib: “Mən bu materialları Türkiyənin İstanbul şəhərindən əldə etmişəm. Kolleksiyamızda cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 5 fotoşəkli, 3 məktubu, imzalı kitabı, eləcə də Əlimərdan bəy Topçubaşova, Miryaqub Mirmehdiyevə, Abbasqulu Kazımzadəyə, Mirzəbala Məhəmmədzadəyə, Əhməd bəy Ağaoğluna aid orijinal fotoşəkillər, müxtəlif materiallar var. Bu materiallar hazırda üç kitab şəklində oxuculara təqdim edilib”.
Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin 4 il ərzində Türkiyədə bu dövrə aid topladığı materiallar - fotolar, sənədlər “TEAS PRESS” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub. Müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib.
Əsərdə Məhəmməd Əmin Rəsulzadənin nadir fotoşəkilləri və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əmin
Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib. Müəllifin “Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib.
D.Əhməd 19 may tarixinin həm də Azərbaycanın böyük fikir adamı Əhməd bəy Ağaoğlunun anım günü olduğunu bildirərək şəxsi kolleksiyasında olan materiallar əsasında yeni kitab hazırladığını bildirdi.



Müəllif Dilqəm Əhmədin kitablarının imza günü
"LİBRAFF"ın iki mağazası niyə bağlandı? - RƏSMİ AÇIQLAMA
Qənirə Paşayeva ilə Yunus Oğuzun Tovuzda möhtəşəm görüşü
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü gördü
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
Yazıçı Varisin imza günü keçiriləcək
Albaniyada AXC-nin 100 illiyi qeyd edilib
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə “The London Post” qəzetində
Paytaxtda növbəti kitab sərgisi başlandı
Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
Gəncədə tələbələr arasında kütləvi daha olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 