2-3 aprel tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə I "Uşaq Kitab Festivalı” keçiriləcək.
ANAİB-dən verilən məlumata görə, sərgidə müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edə, uşaq kitablarını sata biləcəklər.
Həmçinin Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimi də sərgi çərçivəsində baş tutacaq. Mərasimə təhsil naziri Emin Əmrullayevin də qatılması gözlənilir.
Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı Suat Turqutun imza mərasimi də bu tarixlərdə baş tutacaq.
Bundan başqa, tədbirdə müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən aktyor və yazıçı Bəhram Bağırzadə, yazıçılar Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və başqalarının təqdimat və imza günləri olacaq.
“Passaj”da baş tutacaq kitab bayramı gün ərzində saat 10:00-dan 20:00-dək davam edəcək.



Bakıda kitab sərgisinin açılışı oldu
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Sumqayıtda kitab bayramı
Bakıda "Uşaq festivalı" keçiriləcək
Paytaxtda növbəti kitab sərgisi başlandı
Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək
Bakıda "Çukur”un baş qəhrəmanı ilə GÖRÜŞ KEÇİRİLƏCƏK
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
Uşaq ədəbiyyatında biabırçılıq: "Evli olduğunu bilsə də qazın..." - FOTOLAR
Valideynlərin DİQQƏTİNƏ
Bakıda keçiriləcək Novruz tədbirləri açıqlandı
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 