“Mən öncə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm ki, onun sayəsində girovluqdan azad olundum. Əslində girovluqda olduğum zaman ümidim var idi. Mən deyirdim ki, vaxt gələcək Azərbaycan əsgəri bura gəlib çıxacaq və elə də oldu. Xalqımızı qələbə münasibətilə təbrik edirəm”. ONN media xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni girovluğunda saxlanılmış Dilqəm Əsgərov deyib. “Mən Ermənistan ərazisinə keçməmişdim. Öz ata-baba yurdumu ziyarətə getmişdim. Onlar məni doğma kəndimdə qeyri-qanuni həbs etdilər və Xankəndinə apardılar. Orada mənim iki barmağımı qırdılar, başımın sümüklərində problem var. Xankəndində olduğum bir həftədə mənə yemək vermədilər. Mən tutulanda çəkim 105 kilo idi və 55 kiloya düşmüşdüm. Onlar avtomatın qundağı ilə sinəmə və qoluma vururdular. Məni istintaq vaxtı 15 nəfərin iştirakı ilə döyürdülər. Qalxa bilməsəm də, zorla qaldırırdılar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin mənə bir il müddətində heç bir köməkliyi olmayıb. Mənim barmağımın qırılmasını, başımın sümüklərindəki problemləri Qırmızı Xaç Komitəsi bilirdi”, – o bildirib. D.Əsgərov vurğulayıb ki, Şuşada həbsxananın içərisi beton idi: “Orada acınacaqlı vəziyyət var idi. Dövlətimizin təzyiqi nəticəsində Qırmızı Xaç Komitəsi bizə yemək və digər şeylər alıb gətirirdi. Həbsxanada da mənə işgəncələr, xüsusilə bədənimə elektrik cərəyanı verirdilər. Məqsəd Azərbaycan hökumətinin əleyhinə danışdırmaq idi. Ancaq mən buna imkan vermədim”. /Yenisabah.az/
“Məni istintaq vaxtı 15 nəfərin iştirakı ilə döyürdülər” – Dilqəm Əsgərov



Dilqəm Əsgərovun oğlu Prezidentə TƏŞƏKKÜR ETDİ
İlham Əliyev BQXK prezidentinə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
"Həm Kəlbəcərə, həm də atama qovuşacağam" - Dilqəm Əsgərovun oğlu
Dilqəm Əsgərovun oğlundan Füzuli Məmmədova MÜRACİƏT
Dilqəm Əsgərov Şuşada - FOTO
SON DƏQİQƏ: Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana qaytarılır
Dilqəm Əsgərov evə buraxıldı - FOTO
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu DANIŞDI
Dilqəm ailəsinə video göndərməkdən imtina etdi
Şuşadan aparılan Dilqəm Əsgərovdan YENİ XƏBƏR VAR
Dilqəm Əsgərovun Kəlbəcərdə doğulduğu evin VİDEOSU YAYILDI
Dilqəm Əsgərov Şuşa həbsxanasından "Əzrail"ə SƏSLƏNDİ
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 