8 Mart Beynəlxalq Qadınlar Günü gül bazarında da xüsusi bir canlanma yaradıb.
ONN media Sfera.az-a istinadən bildirir ki, bazarda gül qiymətləri 50 qəpiklə 400 manat arasında dəyişilir.
Bazarda ən ucuz gül nərgizdir. Yerinə görə qiymətlər dəyişilir. Məsələn, Koroğlu metrostansiyası yaxınlığında 1 manata 3 dəstə nərgiz gülü almaq olar. Lakin şəhərin mərkəzində, məsələn, Heydər Əliyev adına Respublika Sarayı, metro Elmlər Akademiyası və s. ərazilərdə isə bu gülləri 1 manat və 1 manat 50 qəpik civarında almaq olar. Səyyar olaraq satılan güllərlə müqayisədə mağazalarda qiymətlər daha da bahadır. Metro Elmlər Akademiyasının ətrafında yerləşən bahalı gül dükanlarında isə buketlərin qiyməti 35 manatdan başlayır. Qablaşmaya görə qiymətlər fərqlidir. Kiçik mağazalarda bu cür qablaşmaların qiyməti 10-15 manat arasında, böyük, bahalı dükanlarda isə qiymətlər 100 manatdan başlayır.
Bahalı, brend mağazalarda ən ucuz güllərdən biri də qızıl güldür. Bir dənəsinin qiyməti 5 manatdır. Bu cür mağazalarda kiçik kağızlara bükülü gülləri 35-50 manata ala bilərsiniz. Daha böyük qutularda qablaşmaların qiyməti isə 120 manatdan başlayır. Ən bahalı gül buketinin qiyməti isə 400 manatdır. Burada hazırda paketdə olan güllərin 10-15 günədək qaldığı bildirilir. Satıcının sözlərinə görə, alıcılıq qabiliyyəti yaxşıdır. O, alıcıların daha çox gənclər olduğunu dedi.
Elmlər Metrostansiyası qarşısındakı yarmarkada isə qiymətlər daha münasibdir. Burada qiymətlər 1 manatdan başlayır. Dibçəkdəki güllərin qiyməti isə 15-20 manatdan başlayır.



Bakının ucuz və bahalı Yeni il “yolka”ları — 10 min AZN
Ev almaq istəyənlərə VACİB XƏBƏR
Dərs ili: ən ucuz ləvazimatlar harada satılır? - Araşdırma
Gəlinliklərin qiyməti qalxdı? – Bəylər TƏŞVİŞDƏ
Məktəb ləvazimatları neçiyədir?- Qiymətlər açıqlandı
Güzəştli mənzillərin qiyməti açıqlandı
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Ev almaq istəyənlərə BÖYÜK MÜJDƏ:
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Ət nə qədər bahalaşıb? – Son qiymətlər
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...
ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 