Prezidentin Jurnalistlər üçün tikdirdiyi binada ev bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub. ONN media xəbər verir ki, ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir-neçə dəfə dindirilib. Araşdırma nəticəsində məlum olub ki, mənzil verilən 20 nəfər "Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş kriteriyalara uyğun deyil. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır. Məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub. Saxta yolla əldə edilən mənzillərin geri alınacağı gözlənilir. Məlumat üçün bildirək ki, qaydaya görə mənzil almaq istəyən jurnalist ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilərdi. Şərtlərə əsasən, televiziya və radio yayımçılarının 10, gündəlik qəzetlər və informasiya agentliklərinin 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytların isə 3 namizəd müəyyənləşdirə bilmək imkanı vardı. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməli idi. Adları Mətbuat Şurasının "qara siyahı"sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzdilər. (bakupost)
ŞOK: bu şəxslərə verilən pulsuz EVLƏR ƏLLƏRİNDƏN ALINACAQ - Siyahı hazırlandı



Jurnalistlərə mənzillər bu dəfə necə paylanacaq?
"Jurnalistlər binası"nın komendantı həbs edildi
Ötən il dünyada öldürülən jurnalistlərin sayı açıqlandı
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” – ŞOK
Mənzillərin çıxarışları yaxın günlərdə jurnalistlərə veriləcək - Komitə
Jurnalistlər binasında yanğın olub
Erməni jurnalistlər Bakıya GƏLİR
Jurnalistlər də MİDA-dan ev ala biləcək – Şərtlər açıqlandı
Jurnalistlər üçün təhlükəli ölkələr haradır?
Vətəndaşların pulunu mənimsədi, həbs edildi
Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ
Yunus Oğuz: "Reket” jurnalistlərə qarşı cəzalar sərtləşdirilməlidir"
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 