Bakı-Ələt–Astara yolunun üzərindəki restoranlar və yanacaqdoldurma məntəqəsi sökülür. ONN media xəbər verir ki, bununla bağlı iki ay öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb. Məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sahəsinin sənədləri qanunsuz olub. Təxminən bir ay öncə Korrupsiya İdarəsi tərəfindən magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranları və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Magistral yoldan bu obyektlərə girişi təmin edən yol da bağlanılıb. Artıq SOCAR-ın yanacaqdoldurma məntəqəsi başda olmaqla sözügedən obyektlərin bir neçəsinin söküntüsünə başlanılıb. Məlumata görə, “Hacıoğlu” restoranı bələdiyyənin balansında olan torpaq sahəsində tikilib, “Ulduz” kafesinin yerləşdiyi torpaq sahəsi isə əvvəllər Meşə təsərrüfatının balansında olub. Sonra isə 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçib, daha sonra isə Əmlak Komitəsi həmin ərazini dövlət torpağı kimi balansına keçirib. Sahibkar isə Əmlak Komitəsi ilə müqavilə imzalayaraq torpağa dair alqı-satqı edib. “Cız-bız” restoranın yerləşdiyi ərazi Xələc kənd bələdiyyəsinin balansında olub. 2006-cı ildə isə kənd sakini Yudif Nəzirova satılıb və onun şəxsi mülkiyyətinə keçib.
Bakı-Astara yolundakı məşhur restoranlar sökülür - SƏBƏBİ ŞOK ETDİ



SOCAR-ın Gorus-Qafan yolundakı YDM-nin açılışı olub
Azərbaycandan Ukraynaya DAHA BİR DƏSTƏK: SOCAR-a göstəriş verilib ki...
Azərbaycanda yanacaq doldurma məntəqəsində kütləvi dava
Yanacaqdoldurma məntəqələri sürücüləri belə aldadır
Mahacqalada güclü partlayış baş verib
Ermənilərin SOCAR-a qarşı təxribatının qarşısı alındı
Nazirlər Kabinetindən bununla bağlı vacib qərar
“Azpetrol”- İlin ƏN YAXŞISI
Əli Əsədov qərar imzaladı
İrəvanda GÜCLÜ YANĞIN
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın
Bakıda qanunsuz tikili və hasarlar sökülür
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 