ONN media xəbər verir ki, 2017-ci ilin avqust ayında MDB ölkələri üçün dərc olunan “Современная АЗС” (Moskva) jurnalının keçirdiyi MDB məkanında “İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi “Azpetrol” şirkətinin “Mayak-2” YDM-i (yanacaqdoldurma məntəqəsi) olub.
Şirkətdən bildirilib ki, mükafat 2018-ci il aprelin 19-da Moskva şəhərində “Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədova təqdim edilib.
Onu da qeyd edək ki, “Azpetrol” şirkəti bundan öncə, 2015-ci ilin mart ayında yuxarıda adı çəkilən jurnal tərəfindən MDB məkanında “Ayın ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi şirkətin Heydər Əliyev prospekti 108 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi elan olunmuşdu.
2015-ci ilin sonunda “Современная АЗС” jurnalının keçirdiyi MDB məkanında “İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsinin qalibi “Azpetrol” şirkətinin “Mingəçevir-2” YDM-i olub.
“Azpetrol” şirkəti 1997-ci il iyulun 15-də Bakı şəhərinin keçmiş Tbilisi prospektində (indiki Moskva) özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb. Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir.
Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 83 yanacaqdoldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkətin yanacaqdoldurma məntəqələrində müştərilərə texniki xidmət, avtomobilyuma, kafelər, motellər, mağazalar və sair xidmətlər təqdim olunur. Şirkət 2001-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline” sistemini tətbiq edib. 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının 6000-i ötdüyünü nəzərə alaraq, “Azpetrol” müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online” proqramının tətbiqinə başlayıb. 2006-cı ildən etibarən isə yanacaqdoldurma məntəqələrində müştərilərə “Master Card”, “Euro Card” və “Visa Card” plastik kartlar vasitəsilə ödəniş etmək imkanı yaradılıb.
“Azpetrol” şirkəti özündə üç istiqaməti – keyfiyyəti idarəetmə sistemini (İSO-9001:2015), ətraf mühiti idarəetmə sistemi (İSO-14001:2015), iş sağlamlığı və əməyin təhlükəsizliyini (OHSAS – 18001:2007) əks etdirən birləşmiş sisteminin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirir.
“Azpetrol”un həmçinin Şəki, Balakən, Qusar, Beyləqan, Gəncə, Mingəçevir və Qazax rayonlarında müştərilərin və qonaqların rahatlığını təmin etmək üçün onlara yüksək səviyyədə xidmət göstərən motelləri fəaliyyət göstərir.
Ötən illər ərzində “Azpetrol” şirkəti əldə etdiyi uğurlara görə bir çox xarici və yerli mükafatlara layiq görülüb. Bu mükafatlar arasında “Uğur”, “Biznes Pristij”, “Caspian Energy İntegration Award”, “Caspian Bisnes Award-2016”, “Caspian Energy Award -2017”, “Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz”, “Kraliça Viktoriya Xatirə Medalı” və digərləri var.
“Azpetrol” şirkətinin əsas məqsədi Azərbaycan iqtisadiyyatının özəl sektorunda tutduğu mövcud mövqeyini qoruyub saxlamaq və daha yüksək nailiyyətlər əldə edərək iqtisadiyyatımızın inkişafına töhfələr verməkdir.
İlin sonuna qədər “Azpetrol” şirkəti bir neçə yanacaqdoldurma məntəqələrində müştərilərinə yeni yanacaq növünü – SNG sıxılmış təbii qazı təqdim edəcək.
“Azpetrol” şirkəti gələcəkdə də uğurlar naminə daim xalqın xidmətindədir.



"Azpetrol" məlumatsızdır, İcra Hakimiyyəti "söküləcək" dedi
“Azpetrol”dan yenilik- Artıq...
Yanacaqdoldurma məntəqələri sürücüləri belə aldadır
"Azpetrol"un rəhbərindən benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Azərbaycandan Ukraynaya DAHA BİR DƏSTƏK: SOCAR-a göstəriş verilib ki...
Bakı-Astara yolundakı məşhur restoranlar sökülür - SƏBƏBİ ŞOK ETDİ
Azərbaycanda polislər bıçaqlandı
İrəvanda GÜCLÜ YANĞIN
Bakı bu siyahıda ilk beşliyə düşdü
2019-cu ilin ən yaxşı avtomobilinin adı açıqlandı
Yanacaqdoldurma məntəqəsində güclü partlayış: 3 ölü - SON DƏQİQƏ
Kürdəmirin mərkəzində "Azpetrol"un avtomobili ağır qəza törətdi - ÖLƏN VAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 