“Maksim” taksi şirkəti qiymətləri təxminən 20 faiz artırıb. ONN media xəbər verir ki, şirkətin əvvəlki həftəiçi qiymətləriylə müqayisədə qiymətlərdə son günlər nəzərəçarpacaq dərəcədə ciddi artım müşahidə olunur. Bu artımın həftə sonlarında ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün daha da çox olduğu bildirlir. Məsələ ilə bağlı şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, qiymət artımı tələbatın artması, yollardakı vəziyyət, hava şəraiti və s. kimi amillər səbəbindən avtomatik baş verir: “Taksidə qiymətin təyin olunması prosesi dinamik şəkildə həyata keçirilir. Qiymət avtomatik olaraq, yəni şəhərin hər rayonu üçün sərnişinlərdən irəli gələn tələb və təklif, aktiv sürücülərin sayı nəzərə alınmaqla hesablanır. Həmçinin yol və hava şəraiti nəzərə alınmaqla, o, dəyişə bilər. Eləcə də karantin məhdudiyyətləri yumşaldıqdan sonra restoranlar, kafelər və insanların kütləvi toplaşdığı məkanlar açılmağa başladı. Buna müvafiq olaraq, sərnişin axını və səfərlərə tələbat artdı. Və bu da, öz növbəsində, Bakı yollarında çox sayda tıxaclara gətirib çıxardı. Taksilərin normal işinin təmin olunması üçün qiymətlərin dəyişilməsi zəruri məsələdir. Tıxaclarda boş durmalara görə sərf edilən yanacağın həcmi və itirilən vaxt artır. Yəni, obyektiv səbəblərə görə sürücü daha az sifariş yerinə yetirir, daha az qazanır. Məhz buna görə sifarişlərin sayının kəskin artmasına cavab olaraq sistem artan əmsallarla reaksiya verir ki, sifarişləri yerinə yetirməyə sürücülərdə motivasiya olsun, sərnişinlər isə avtomobili daha az gözləsin. Vəziyyət stabilləşən kimi qiymətlər də əvvəlki hala qayıdır”.(axar.az)
Bu taksi şirkəti qiymətləri 20 faiz artırdı



Bakıda taksi qiymətləri bir gündə 2 dəfə bahalaşdı - VİDEO
Bakıda taksi xidmətləri kəskin bahalaşdı
Taksi xidməti niyə bahalaşır? - Ekspert
Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq?
Bakıda daha bir taksi şirkəti qiymətləri artırıb?
Taksilər bahalaşdı: BNA -dan ŞOK TAPŞIRIQ
Bayram günlərində taksilərdə qiymətlər artıb?
Bakıda taksi qiymətləri kəskin bahalaşdı
Azərbaycanda bu evlərin qiyməti bahalaşdı
Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq — AÇIQLAMA
Taksilərdə qiymət artımı olacaq?
Taksi xidmətlərinin qiyməti iki dəfəyə yaxın artdı - SƏBƏB?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 