Türkiyədə gəzintidə olan bir qrup azərbaycanlı şəhid övladı Ankaradakı Heydər Əliyev Parkında olub. Ulu Öndərin parkdakı abidəsi önünə tər qərənfillər düzülüb.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət edən uşaqlar mavzoleydəki muzeyi gəziblər.
Sonra Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edən şəhid övladları paytaxtın Keçiörən rayonunda ucalan Xocalı abidəsi önünə də gül dəstələri qoyublar.
Azərbaycanlı və türkiyəli şəhid övladları Mehmetcik Fondunda görüşüblər. Fondun rəhbəri general-polkovnik Yaşar Bal uşaqlarla səmimi söhbət edib. Sonra Fond tərəfindən şəhid uşaqlarına hədiyyə və nahar ziyafəti verilib.
Rusiyanın Krasnoyarsk diyar mədəni muxtariyyətinin dəstəyi və ictimai-siyasi xadim Səadət Qarayevanın rəhbərliyi ilə "Odlar yurdu" rəqs ansamblı şəhid uşaqlarına konsert verib.
Uşaqlar birlikdə Azərbaycanın və Türkiyənin dövlət himnlərini oxuyublar.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həyata keçirilən “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinin təşkilatçısı Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi, himayədarı isə Türkiyə Nazirlər Kabinetinin Tanıtma Fondudur.



Zakir Həsənov Türkiyədə Heydər Əliyev parkında
Türkiyəli mütəxəssislər Fəxri xiyabanda
Mehriban Əliyeva 12 şəhid ailəsiylə bağlı tapşırıq verdi
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
Baş nazir şəhid övladları ilə görüşəcək
Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdi
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başladı
Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda
Zakir Həsənov şəhid general və polkovnikin ailələrini ziyarət etdi
Türkiyə şəhidlərinin övladları Azərbaycana səfər edəcək
İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 