Muzdlu işdə çalışan II qrup əlilliyi olan şəxsin əldə etdiyi gəlirlərə hansı vergi güzəşti tətbiq olunur?
ONN media AZƏRTAC -a istinadla bildirir ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə uyğun olaraq, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.9-cu bəndində qeyd edilib ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.



Vergi Məcəlləsinə edilən dəyişikliklər təsdiq edildi
Bu şəxslərə vergi güzəştləri tətbiq olunacaq
Bu müəssisələrə vergi güzəşti tətbiq ediləcək
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Bu şəxslərin məlumatları vergi orqanına veriləcək
Şəhid ailələrinə ŞAD XƏBƏR- Bundan sonra...
Vergi ödəyicilərinin nəzərinə! - Bunları mütləq bilin!
"Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası" təsdiqləndi
Şəhid ailələri və qazilərə bu vergi güzəştləri ediləcək
Çoxuşaqlı ailələrə güzəşt tətbiq olunacaq
Vergi Məcəlləsində dəyişiklik ediləcək
Karqoya nəzarət mexanizmi gücləndirilir - Sanksiyalar olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 