ONN media xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətində 31 Mart - azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş dəyirmi masa və ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabın təqdimatı keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi ilə yanaşı Milli Məclis üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP Səbail rayon təşkilatının təmsilçiləri, kitabın ərsəyə gəlməsində əməyi olan pedaqoji universitetin müəllim və tələbələri iştirak etmişlər.
Dəyirmi masanın işini açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır.
Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada «Böyük Ermənistan» yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar.
Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi, torpaqlarımızin 20 faizi işğal ollundu.
Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Ulu öndərin siyasətini müvəfəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalanmışdır.
Dünyada yeni tipli lider kimi tanınan, bu günkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub.
Eldar Əzizov vurğulamışdır ki, cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.
Daha sonra çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mais Əmrahov, ADPU-nin baş müəllimləri Elman Mirzəyev və Eldar Hacıyev, ADPU-nin tələbəsi Tahir Cabbarlı və başqaları 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləsi işlər barədə danışmış, facıənin dünya ictimaiyyətinə çatdırılması işində bir il öncə çap olunmuş və bu il Səbail rayonu 163 №-li orta məktəbin müəllimləri tərəfindən ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabının mühüm rol oynayacağını vurğulamışlar.
Sonda dəyirmi masa iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunmuşdur.



Səbaildə azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Həştərxanda Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib
Monmart yenidən Səbaildə
Səbaildə tarixi konfrans keçirilib
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Prezident 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzaladı
Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
Prezident İlham Əliyev Səbail rayonuna yeni icra başçısı təyin edib
Səbaildə hesabat yığıncağı keçirildi
«Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” konfransı keçirilib
İcra başçısı həbs edildi - RİH əməkdaşı intihar etdi - SON DƏQİQƏ
Səbaildə narkotiklərlə bağlı tədbir keçirilib
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 