Müdafiə Nazirliyi və Mətbuat Şurası Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.
ONN media məlumat verir ki, “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsi Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunur.
Müsabiqəyə 2018-ci il mart ayının 30-dan iyun ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılacaq.
Müsabiqəyə təqdim olunan istiqamətləndirici mövzular aşağıdakılardır:
- Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan cənab İlham Əliyevin davam etdirdiyi müasir ordu quruculuğu;
- Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatı;
- Azərbaycan Ordusunun beynəlxalq hərbi əməkdaşlığı;
- Azərbaycanın hərb tarixi, uğurlu döyüş əməliyyatları, qazanılan qələbələr;
- Hərb elminin inkişafı, hərbi təhsilin perspektivləri;
- Azərbaycan əsgərinin hərbi-vətənpərvərlik tərbiyəsi. Vətənə, dövlətə, hərbi anda sədaqət, hərbi dostluq, şücaət, igidlik və qəhrəmanlıq;
- Ordu-ictimaiyyət əlaqələri.
Müsabiqəyə təqdim olunan yazılarda üstünlük veriləcək:
- Mövzunun dolğun əhatə edilməsi;
- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Oxucu üçün informativlik dərəcəsi;
- Müqayisəli təhlil üslubundan istifadə.
Müsabiqəyə təqdim edilən yazılarda janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, ingilis və rus dillərində olmalı, 9-11 min işarə həcmindən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Yazıda “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən və ya müəllifin elektron ünvanından elektron qaydada təqdim edilməlidir.
Yazı müəllifi aşağıdakı sənədləri təqdim etməlidir:
- şəxsiyyət vəsiqəsinin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
- kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
- əlaqə vasitələri - iş və mobil telefonları (təqdimat elektron qaydadadırsa, Word faylında, Times New Roman şriftində);
- müsabiqə üçün təqdim edilən yazının yayımlandığı qəzet və jurnalın 1 (bir) nüsxəsi (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
- yazı elektron media resursunda dərc olunubsa, bunu təsdiqləyən link;
- yazının A4 formatında ayrıca vərəqdə nüsxəsi (təqdimat elektron qaydadadırsa, müəllifin adı qeyd edilməməklə Word faylında);
Qeyd: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Müsabiqə üçün yazılar 2018-ci il iyunun 10-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Həmçinin müsabiqə üçün yazılar müvafiq şərtlər yerinə yetirilməklə [email protected] elektron poçt ünvanına da göndərilə bilər.
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Şərtlər:
- Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir;
- Müsabiqə üçün təqdim edilən yazı müəllifin çalışdığı kütləvi informasiya vasitəsində yayımlanmalıdır;
- Müsabiqəyə təqdim edilən yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması qadağandır.
Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub:
- I yer - 1 nəfər - 1500 manat;
- II yer - 2 nəfər - 1000 manat;
- III yer - 3 nəfər - 700 manat;
- Həvəsləndirici mükafatlar - 5 nəfər - 200 manat;
Müsabiqə qaliblərinin adları 2018-ci il iyun 25-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birgə təşkil ediləcək tədbirində açıqlanacaq.
Əlaqə telefonu:
(012) 441 35 96
(055) 201 99 26



Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası yazı müsabiqəsi elan edir
Jurnalistlər üçün daha bir müsabiqə elan olundu
Jurnalistlər üçün yeni müsabiqə
“Nəsimi ili” ilə bağlı jurnalist müsabiqəsi elan olundu
Jurnalistlər üçün müsabiqə: I yerə 1000 manat...
Mətbuat Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsi elan edildi
Jurnalistlər üçün daha bir müsabiqə elan edildi
Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında mart ayı ərzində görülən fəaliyyətlər
Müdafiə Nazirliyi hesabat yaydı
Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında aprel ayı ərzində görülən fəaliyyət
Müdafiə Nazirliyindən "qazilərdən pul tələb edilir" xəbərinə REAKSİYA
“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edildi
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 