ONN media xəbər verir ki, 2018-ci il üçün tədbirlər planına əsasən aprel ayında Müdafiə Nazirliyi dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Beyləqan, Şəmkir, Gədəbəy, Tərtər, Kəlbəcər, Cəbrayıl, Xocavənd, Qusar, Füzuli, Bakının Səbail, Binəqədi, Xətai və Qaradağ rayonları, o cümlədən Sumqayıt, Gəncə şəhər icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 30-dan artıq tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.
Aprel şəhidlərinin, Azərbaycanın Milli Qəhrəmanlarının anma mərasimlərində, onların ailə üzvləri ilə görüşlərdə, hərbi idman oyunlarında və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, məktəblilər və tələbələr yaxından iştirak ediblər.
Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə aprel ayında Müdafiə Nazirliyi tərəfindən 129 rəsmi məlumat, 196 foto, 14 video material hazırlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.
Televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılmasına 11 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri keçirilən 30 tədbirə dəvət olunublar.



Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında mart ayı ərzində görülən fəaliyyətlər
Müdafiə Nazirliyinin aylıq hesabatı
Ordu haqqında yazılara qadağa qoyulması ilə bağlı - Açıqlama
Əsgərlərimiz Novruzu bayram etdilər
Generallar cəbhə zonasında - FOTOLAR
MN və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb
Əsgərlərimiz od çərşənbəsini belə qeyd etdi
Hərbi hissələrdə Qurban bayramı qeyd edilir
Baş Prokuror və Hərbi Prokuror cəbhə xəttində
Hərbi hissələrdə andiçmə mərasimi keçirildi - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 