ONN media-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2018-ci il üçün tədbirlər planına əsasən mart ayında Müdafiə Nazirliyi dövlət qurumları, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai birliklər ilə birgə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Tərtər, Ağcəbədi, Xocavənd, Şəmkir, Daşkəsən, Qusar, Abşeron, Qubadlı, Cəbrayıl, eləcə də Bakının Səbail, Nəsimi və Qaradağ rayonları icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik, Novruz bayramı münasibətilə, eləcə də Azərbaycanlıların soyqırımı və digər mövzularda 30-dək tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.
Təşkil olunan tədbirlərdə şəxsi heyət, veteranlar, şəhid ailələrin üzvləri, hərbi qulluqçuların valideynləri, tələbələr və başqaları yaxından iştirak ediblər.
Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə mart ayında Müdafiə Nazirliyi tərəfindən 123 rəsmi məlumat, 417 foto, 18 videomaterial hazırlanıb və media nümayəndələrinin 3 sualı cavablandırılıb.
Yerli televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılmasına 7 icazə məktubu verilib.
Hesabat dövründə Müdafiə Nazirliyi tərəfindən keçirilən 2 tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.



Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında aprel ayı ərzində görülən fəaliyyət
Müdafiə Nazirliyinin aylıq hesabatı
Əsgərlərimiz Novruzu bayram etdilər
Ordu haqqında yazılara qadağa qoyulması ilə bağlı - Açıqlama
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
MN və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar
Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb
Əsgərlərimiz od çərşənbəsini belə qeyd etdi
Hərbi hissələrdə Qurban bayramı qeyd edilir
Generallar cəbhə zonasında - FOTOLAR
Hərbi hissələrdə andiçmə mərasimi keçirildi - VİDEO
Ombudsman hərbi hissəni ziyarət edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 