Azərbaycanda informasiya sistemləri vasitəsilə göndərilmiş elektron sorğu əsasında dövlət torpaq kadastrı məlumatları 1 gün ərzində təqdim ediləcək.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”yə müvafiq dəyişikliklər edib.
Qeyd edək ki, dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxildir. Fond Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır.
Dəyişikliyə əsasən olaraq notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün Fondun məlumat və materiallarından istifadə hüququ da Əsasnamədə əksini tapıb. Notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə bu hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli qanuna əsasən verilib. Həmin qanuna əsasən notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə dövlət torpaq kadastrının məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ var.



NK bu quruma yeni səlahiyyət verdi
Azərbaycanda bu rüsumlar ləğv olundu - QANUN
Qanunsuz tikililərlə bağlı YENİLİK
Nazirlər Kabinetindən bununla bağlı vacib qərar
Əli Əsədov qərar imzaladı
Baş nazir qərar imzaladı
Azərbaycanda bu xidmətlər ucuzlaşdı
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb
“Notariat haqqında” qanuna edilmiş dəyişiklik təsdiqləndi
Milli Məclis toplanır
Əli Əsədov qərar imzaladı
Baş nazirdən YENİ QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 