ONN media xəbər verir ki, 29 mart 2018-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində martın 26-da Bərdə rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib.
Tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Rayon Bitki Mühafizə şöbələrinin rəisləri iştirak edib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Heydər Əsədov pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində ölkə başçısı tərəfindən kənd təsərrüfatı nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələr, son illərdə aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasət, Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərman və sərəncamlar, keçirilmiş müşavirələr, qəbul olunmuş Dövlət Proqramları barədə danışaraq respublikamızda pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb.
İclasda pambığın məhsuldarlığının elmi əsaslarla artırılması istiqamətində ciddi dönüş yaradılması, pambıq istehsalı ilə məşğul olan fermerlərin qeydiyyatının aparılması, torpaq sahələrinin koordinatlarının vurulması və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsinin təmin edilməsi, regionlarda vaxtaşırı seminar və müşavirələrin keçirilməsi, əkin yerlərinin düzgün seçilməsi, pambığın suvarılması üçün suvarma suyundan səmərəli istifadə olunması, aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, aidiyyəti xidmət sahələrinin işlərinin koordinasiya olunmuş şəkildə təşkil olunması, pestisidlərin düzgün seçilməsi və istifadə qaydalarına düzgün əməl olunması, texniki xidmətin təşkilinin daha da artırılması, qısa müddətdə fermerlərin müvafiq texnikalarla təmin olunması və bu sahədə ciddi dönüş yaradılması, bütövlükdə pambıqçılıqla məşğul olan fermer və sahibkarların bütün ehtiyaclarının vaxtında və yerində ödənilməsi məsələləri geniş müzakirə olunub.
İclasda pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi və tələb olunan texnika və avadanlıqlarla vaxtında təmin olunması üçün “Aqrolizinq” ASC-yə, həmçinin pambıqçılıqda tətbiq olunan kimyəvi preparatlarından vaxtında və düzgün istifadə olunması barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə və Nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.
Sonda pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin pambıq səpininə hazırlığın mövcud vəziyyəti barədə məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb.



İnam Kərimov: "Bu bizim tapşırıq görüşümüzür"
Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
İham Əliyevin sədrliyi ilə Bərdədə respublika müşavirəsi keçirildi - FOTOLAR
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Yeni kənd təsərrüfatı texnikaları pambıq istehsalçılarına təqdim olundu
Baş nazirdən yeni qərar
Pambıqçılıqda bağlı müşavirələr keçirilməyə davam edir
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıqla bağlı tədbir keçirilib
İlham Əliyev müşavirə keçirdi
Azərbaycan və Türkiyə nazirləri Qarabağa getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 