Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Yevlax rayonunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun, Nazirliyin və tabeli qurumlarının, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, müvafiq pambıq şirkətlərinin nümayəndələri və pambıq istehsalçılarının iştirakı ilə “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Yevlax şəhər icra başçısının müavini cari ildə rayonda pambıq əkinlərinə hazırlıq, bu sahədə yerinə yetirilmiş işlər və görüləcək işlər barədə ətraflı məlumat verib. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və prespektivlər” mövzusunda çıxış edərək Nazirlik tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran hədəfləri qeyd edib.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin nümayəndəsi İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər.
“Yevlax Kənd Təsərrüfatı” MMC-nin, “MKT İK” MMC –nin və “Azərpambıq” MMC-nin nümayəndələrinin çıxışları dinlənilib. Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılaraq rayonda pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkilinə dair müvafiq tapşırıqlar verilib.
Daha sonra müşavirə iştirakçıları becərmə işləri ilə tanışlıq məqsədi ilə pambıq sahəsində olub, pambığın becərilməsi ilə bağlı fermerlərə müvafiq tövsiyələr verilib.



Son iki ildə Azərbaycanda pambıqçılıqda istifadə üçün 5700 ədəd texnika alınıb
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Pambıqçılıqda bağlı müşavirələr keçirilməyə davam edir
Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
Pambıqçılığa həsr olunmuş iclas keçirilib
İlham Əliyev müşavirə keçirdi
İnam Kərimov: "Bu bizim tapşırıq görüşümüzür"
Yeni kənd təsərrüfatı texnikaları pambıq istehsalçılarına təqdim olundu
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıqla bağlı tədbir keçirilib
Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayır
Azərbaycanda YENİ QƏRAR: bu məhsulun qiyməti 50 manat BAHALAŞDI - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 