ONN media xəbər verir ki, mart ayının 13-də Kənd Təsərrüfatı Nazirliyində “2018-ci ildə pambıq əkininə hazırlıq işlərinin təşkili və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 2017-ci ilin pambıq istehsalının yekunu və 2018-ci ildə pambıqçılıq sahəsində qarşıda duran vəzifələrdən danışan nazir Heydər Əsədov cari ildə pambıq əkilən rayonlar üzrə nazirliyin məsul işçilərindən ibarət təhkimçilərin müəyyən eidilməsi, onların qarşısında duran vəzifələrdən danışdı. Təhkimçilərə rayonlar üzrə pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, pambıq əkini üçün pay torpaqlarına üstünlük verməklə əkinə yararlı, su təminatı olan sahələrin müəyyənləşdirilməsi, toxum, gübrə, pestisid və texnikaya olan tələbatın və təminatın dəqiqləşdirilməsi, sahələrdə şumun və aratın aparılmasının yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması və s. məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verib. Yerlərdə pambıq əkinləri ilə bağlı yarana biləcək problemlərin (texnika, toxum, gübrə, pestisid və s.) operativ həll olunması məqsədilə “Aqrolizinq” ASC-yə, o cümlədən Nazirliyin müvafiq şöbələrinə və qurumalarına tapşırıqlar verilib.
Tədbirdə həmçinin Nazirliyin Aqrar Elm, İnformasiya, Məsləhət Mərkəzinin, elmi-tədqiqat institutlarının və Nazirliyin yerli qurumlarının nümayəndələrinin iştirakı ilə birgə mütəmadi və davamlı olaraq bölgələrdə pambıqçılığın elmi-əsaslarla inkişaf etdirilməsi, gübrələrdən, pesdisitlərdən düzgün istifadə olunması qaydaları barədə seminarların keçirilməsinin təşkili və digər məsələlər müzakirə olunub.
Tədbirdə rayonlar üzrə təhkim olunmuş məsul işçilərin məlumatları dinlənilib.



Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
İnam Kərimov: "Bu bizim tapşırıq görüşümüzür"
Pambıqçılığa həsr olunmuş iclas keçirilib
Son iki ildə Azərbaycanda pambıqçılıqda istifadə üçün 5700 ədəd texnika alınıb
Yeni kənd təsərrüfatı texnikaları pambıq istehsalçılarına təqdim olundu
Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Pambıqçılıqla bağlı təlimlər davam edir
İnam Kərimov Texas A&M Universitetinin mütəxəssisləri ilə görüşüb
Azərbaycanda 236 min ton şəkər çuğunduru yığılıb
Bu il pambıq sahələrindən nə qədər pambıq yığılıb
Pambıqçılıqla bağlı təlimlər davam edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 