ONN media APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində faydalı qazıntıların qanunsuz hasilatının aparılmasına dair “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Baş Prokurorluq və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd olunur ki, aparılmış araşdırmalarla Ermənistandan Respublikasında və digər ölkələrdə hüquqi qeydiyyatdan keçmiş “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilanrayonu ərazisində yerləşən Vejnəli, Tərtər rayonu ərazisində yerləşən Dəmirli və digər əlvan metal yataqlarından külli miqdar təşkil edən qızıl və digər əlvan metalların hasilatının aparılmaqla qanunsuz gəlir əldə etmələri müəyyən edilib.
Araşdırmalar zamanı “Azərkosmos” ASC-nin “Azersky” peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilib.



Qarabağdakı bu şirkətlər barədə tədbirlər görüləcək - RƏSMİ
Azərbaycanda qızıl yataqları necə talanıb?- ŞOK İDDİA
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
Qarabağda döyüşən livanlı muzdlu terrorçunun məhkəməsi keçirilir
Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlanıldı
DTX və Baş Prokurorluq 26 erməni terrorçu barədə MƏLUMAT YAYDI
Xüsusi karantin dövründə fasiləsiz hansı müəssisələr işləyəcək?
AİH-nin idarəetməsinə ilk mərhələdə 4 dövlət müəssisəsi veriləcək
"AzerGold”un səlahiyyətləri artırıldı - SƏRƏNCAM
İlham Əliyev “AzerGold”la bağlı sərəncam imzaladı
13 erməni terrorçusu ilə bağlı yeni xəbər - Rəsmi
Baş Prokurorluq və DTX 14 erməni terrorçu ilə bağlı MƏLUMAT YAYDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 