Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfərə gedən sürücülərə müraciət edib.
ONN media Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinin məlumatına əsasən xəbər verir ki, 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınmış nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunub, 26.01.2018-ci il tarixdə isə icbari sığorta üzrə öhdəliklərin yerinə yetirilməsi və anlaşılmazlıqların həlli üçün icbari sığorta mərkəzi yaradılıb.
Bununla əlaqədar 1 mart 2018-ci il tarixdən etibarən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstan ərazisində olacağı bütün müddət ərzində öz mülki məsuliyyətini sığortalamalıdır.
Gürcüstan Respublikasının qanunvericiliyinə əsasən, cari il mart ayının 1-dən icbari sığorta müqaviləsi olmayan şəxslərin 100 laridən 200 lariyədək məbləğdə cərimə olunması nəzərdə tutulduğundan DİN Baş DYP İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və brokerlər məntəqələrində) həmin ölkədə qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etsinlər.



Bu halda cərimələnməyəcəksiniz - Sürücülərə ŞAD XƏBƏR
Bu sürücülərə cərimə yazılacaq — RƏSMİ
Şəxsi nəqliyyat vasitəsi ilə Gürcüstana gedənlərin DİQQƏTİNƏ - YENİ QANUN
Sürücülərin nəzərinə: eyni protokol 20 gün sonra yenə yazıla bilər
Gürcüstana avtomobillə gedənlərin nəzərinə
Gürcüstana gedərkən mütləq sığortalanın
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb
Hərbi qulluqçularla bağlı VACİB XƏBƏR - Qanuna dəyişiklik edilir
Mənzillərini sığortalamayanları nə gözləyir?
Mənzilə görə 30 manat cərimə olunacaqsınız!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 