Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
ONN media xəbər verir ki, aprelin 6-dan 7-ə keçən gecə “Azneft” dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq və burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.
Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 7-dən 8-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.
Görülən hazırlıq işləri səbəbindən aprelin 9-u gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bundan başqa, aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər nəticəsində yaranan müvəqqəti çətinliyə görə üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir.



Bu yolda hərəkət “Formula 1”ə görə dayanır
Sabahdan yollarda təmir başlayır - Formula 1-ə hazırlıq
Bakıda “Formula”ya görə bu yollar da bağlanır
ƏHALİYƏ XƏBƏRDARLIQ: sabahdan Bakıda bu yollar bağlanacaq - SİYAHI
“Formula-1”: Bəzi yollar bu gecədən bağlanır
Formula 1-ə görə bu yol bağlanır
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
DİQQƏT - bu yollar bağlı olacaq
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır
"Formula 1" ə görə bu yollar bağlı olacaq
Bu küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Formula 1 ərzində bu yollar hərəkət üçün açıq olacaq - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 