Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar sabahdan trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işlərinə start veriləcək.
ONN media xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindənin məlumatına görə, təmir-bərpa işlərinə martın 23-ü saat 06:00-da başlanılır və proses martın 25-i gecə saatlarınadək davam edəcək.
Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq. Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.



“Formula-1”: Bəzi yollar bu gecədən bağlanır
Bu yolda hərəkət “Formula 1”ə görə dayanır
Bakının mərkəzi küçələri bağlanır
ƏHALİYƏ XƏBƏRDARLIQ: sabahdan Bakıda bu yollar bağlanacaq - SİYAHI
"Formula 1" ə görə bu yollar bağlı olacaq
Bakı sakinlərinə xüsusi müraciət ünvanlandı
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
Sabahdan bu ərazidə hərəkət məhdudlaşdırılacaq
DYP sürücülərə müraciət etdi
Cavanşir körpüsü SÖKÜLÜR - Bu tarixdən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakıda bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
Formula 1-ə görə bu yol bağlanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 