Bakıda növbəti "Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq.
Bakı Şəhər Haqlasından ONN media-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.
Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart – 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.
Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq:
- Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq;
- Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart – 8 aprel tarixlərində qismən bağlanacaq;
- Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.
Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.



"Formula 1" ə görə bu yollar bağlı olacaq
Formula 1 ərzində bu yollar hərəkət üçün açıq olacaq - SİYAHI
Bakının bu küçələrində parklanma QADAĞAN EDİLDİ
Sabahdan yollarda təmir başlayır - Formula 1-ə hazırlıq
“Formula-1”: Bəzi yollar bu gecədən bağlanır
DYP sürücülərə müraciət etdi
Bakının 3 rayonunda bir gün su olmayacaq
Bakının mərkəzi küçələri bağlanır
DİQQƏT - bu yollar bağlı olacaq
“Formula-1” vaxtı Bakıda gediş-gəliş necə olacaq?
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır
Formula 1-ə görə bu yol bağlanır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 