ONN media xəbər verir ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı olub.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyeva, Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun müdiri, professor Elman Nəsirov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, deputatlar Tahir Mirkişili, Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla çıxış edərək kitabın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini, 1630-1750-ci illərdə kapitalistləşən erməniçilik, 1750-1890-cı illərdə siyasiləşən erməniçilik, 1890-1918-ci illərdə terorristləşən erməniçilik, 1918-1990-cı illərdə dövlətləşən və qloballaşan erməniçilik bölmələrində bu məsələlər sistemli və kompleks şəkildə, eləcə də mənbələrə əsasən təhlil edilməsi detalları ilə qeyd etdilər. Eyni zamanda əsərin xüsusilə gənclərimizin milli yaddaşının oyanmasına kömək edəcəyi, əsərin elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi mənbə olması da qeyd edildi.
Əsərin “İthaf” bölməsində 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin – Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə yaralanması faktlarının vurğulanmasını müəllifin bir daha çox yüksək vətənpərvərlik ruhunun bariz nümunəsi kimi dəyərləndirildi.
Sonda çıxış edən professor Aygün Attar ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin geniş ictimaiyyətə çatdırılmasına bu kitabın töhfə verəcəyinə ümidvar olduğunu bildirib, nəşrin təqdimatının təşkilinə görə minnətdarlığını ifadə edib.
FƏRİDƏ Qafarova



Əcnəbi rəsmilər Hüseyn Cavidə görə toplaşacaq
Saatlıya icra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
AMEA-da “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimatı olub
Bu gün Cəlal Əliyevin doğulduğu gündür
31 yanvar Cəlal Əliyevin anım günüdür
31 yanvar Cəlal Əliyevin anım günüdür
30 iyun Cəlal Əliyevin doğulduğu gündür
31 yanvar Cəlal Əliyevin anım günüdür
Əli Əsədov sərəncam İMZALADI
Ramiz Mehdiyevə yeni vəzifə verildi
Ramiz Mehdiyevə yeni vəzifə verildi
Ramiz Mehdiyevin həyat yoldaşı vəzifəyə TƏYİN OLUNDU
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 