Bu gün prezident seçkilərində müşahidəçi kimi iştirak edən xarici nümayəndələrin mətbuat konfransı keçirilib.
ONN media xəbər verir ki, Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun polşalı üzvü Beata Sobkeviç, və Riçard Çarnevski bildirib ki, ECR-in missiyası uğurla sona çatıb: “11 apreldə keçirilən prezident seçkiləri bəzi kiçik pozuntuların qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib. Ümumilikdə bu seçkilər peşəkar və hüquqi qaydada, dinc, azad, şəffaf mühitdə həyata keçirilib. Ümid edirik ki, gələcəkdə mümkün pozuntular barədə bütün faktlar müvafiq qaydada araşdırılacaq. Bir sıra seçki məntəqələrində səslərin sayılması prosesini müşahidə etdik. İştirak edən bütün müşahidəçilərin fikrincə, səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb. ECR nümayəndə heyəti seçki prosesi, heyətin hazırlığı, seçicilərin maarifləndirilməsi və ümumi proseduralar baxımından əldə olunan təkmilləşmələri təqdir edir.
Missiya seçki günü seçki məcəlləsinin hər hansı mühüm, yaxud sistematik pozulması hallarını müşahidə etməyib. Biz heç bir seçki məntəqəsində səsvermə prosesinə kənar müdaxilələrin və ya səsvermə məntəqələrində və onların yaxınlığında seçicilərə hər hansı təzyiq hallarının olmasını müşahidə etmədik. Ümumi atmosfer təhlükəsiz idi”.



Seçkilərdə gənclər aktiv iştirak edib
Seçki bülletenlərinin sayılmasına başlanıldı
Bu seçki Azərbaycan tarixində mühüm bir hadisə oldu - MSK sədri
Bu məntəqələrin seçkiləri ləğv olundu
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
Bakıdan erməni intiqamı alan ATƏT-ə şillə kimi - Cavab
XİN seçkilərlə bağlı bəyanat yayıb
Beynəlxalq müşahidəçi: "Ən çox təsirləndiyim Dağlıq Qarabağdan olan seçicilərin iştirakı idi"
Ombudsman: Seçki standartlara uyğun keçdi
Avropa İttifaqından seçki BƏYANATI
Gürcüstanda səslər yenidən sayılacaq- SƏBƏB NƏDİR?
Özbəkistanda növbəti prezident seçkiləri keçirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 