ONN media xəbər verir ki, 13 aprel 2018 - ci il, saat 12.00 – da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “TURAN ARAŞDIRMA MƏRKƏZİ” İB-nin təşkilatçılığı, ONN və Olaylar İnformasiya Agentliklərinin dəstəyi ilə Türkiyədə yaşayan həmyerlimiz, içtimai siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı Soyqırımı” adlı dissertasiyaya elmi rəhbərlik etmiş Türk dünyasının dəyərli ziyalısı professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni əsərinin təqdimatı və tarixsevərlərlə görüşü keçiriləcək.
Kitab 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zəhraya, Xocalı soyqırımında qətl edilən 83 uşağa və 31 mart 1918-ci ildə Bakıda erməni terrorçuları tərəfindən işgəncələrlə çarmıxa çəkilən 57 qadına ithafla başlanır.
Əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin insanlığa qarşı törətdiyi ağır cinayətlər, onların Azərbaycan və Türkiyədə törətdikləri soyqırımlar, azərbaycanlıların dəfələrlə deportasiya edilməsinin mahiyyəti, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən bəhs olunur.
Əsərdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri müfəssəl olaraq bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif saxta “Böyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.
Əsər, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalə və press-relizlərin hazırlanması baxımından, erməni din xadimləri və millətçi dairələrindən qaynaqlanaraq ortaya çıxarılan əsassız iddialara qarşı dəyərli elmi vəsaitdir.
Bütün arzu edənlər dəvətlidir.



Aygün Attardan elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün möhtəşəm siyasi-tarixi kitab
Aygün Attarın kitabı Avropada nəşr edildi
“A problem of modernity - armenianism" kitabı Avropada nəşr olub
Aygün Attar Ankarada Azərbaycan xalqının soyqırımına həsr olunmuş konfrans keçirib
Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı keçirildi
Aygün Attardan yeni bir möhtəşəm əsər!
Bu gün Əjdər İsmayılovun doğum günüdür
“Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabın təqdimatı olub - BAKIDA
Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədə tacik və rus dillərində çap olunub
Başbuğ - Alparslan Türkeş
Əli Həsənovun əsəri Buxarestdə rumın dilində nəşr edilib
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 