ONN media xəbər verir ki, bu yaxınlarda Türkiyədə yaşayan həmyerlimiz, içtimai siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı Soyqırımı” adlı disertasiyaya elmi rəhbərlik etmiş, Türk dünyasının dəyərli ziyalısı Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni bir elmi əsəri Babıali Kültür Yayınçılığı tərəfindən nəfis şəkildə çap edilib.
Əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin insanlığa qarşı törətdiyi ağır cinayətlər, onların Azərbaycan və Türkiyədə törətdikləri soyqırımlar, azərbaycanlıların dəfələrlə deportasiya edilməsinin mahiyyəti, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən bəhs olunur.
Əsərdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri müfəssəl olaraq bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif saxta “Böyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.
Professor kitabın “İthaf” hissəsində 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə yaralanması faktlarını da vurğulayıb.
Əsər, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalə və press-relizlərin hazırlanması baxımından, erməni din xadimləri və millətçi dairələrindən qaynaqlanaraq ortaya çıxarılan əsasız iddialara qarşı dəyərli elmi vəsaitdir.
Ümumilikdə “Erməniçilik müasir dövrün problemi kimi” əsər elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi kitabdır.



Türkiyədə erməniləri ifşa edən möhtəşəm kitab
“A problem of modernity - armenianism" kitabı Avropada nəşr olub
Aygün Attarın kitabı Avropada nəşr edildi
Aygün Attar Ankarada Azərbaycan xalqının soyqırımına həsr olunmuş konfrans keçirib
Aygün Attardan yeni bir möhtəşəm əsər!
Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı keçirildi
Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədə tacik və rus dillərində çap olunub
Naxçıvanlı gənc alim saxta erməni uydurmalarına son qoyan iki elmi əsəri Türkiyə türkcəsinə tərcümə etdi
Əli Həsənovun əsəri Buxarestdə rumın dilində nəşr edilib
“Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabın təqdimatı olub - BAKIDA
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti” adlı kitabı Tbilisidə gürcü dilində çap olunub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 