Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin birinci rübü ərzində təxminən 900 min sərnişinə xidmət göstərmişdir
13 aprel 2018-ci il, Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk üç ayı ərzində 897 min sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.
“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 104 min sərnişin düşmüşdür.
768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6 faizi) beynəlxalq reyslərlə daşınmışdır.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçmuşdur.
Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlamışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür.
2018-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.



Heydər Əliyev Beynəlxalq Aeroportundan 4 aylıq statistika
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk beş ay ərzində 1,5 milyondan çox sərnişinə xidmət göstərmişdir
Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsinin sayı açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində olan statistikası
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportunun 8 ay ərzində olan statistikası
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk altı ay ərzində təqribən iki milyon sərnişinə xidmət göstərib
Bakı Aeroportundan istifadə edən sərnişinlərin sayı açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportundan daha bir uğur
Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanının ən yaxşı aeroportu seçildi
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
Bəzi təyyarələr Bakıya təcili eniş etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 