ONN media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk beş ayı ərzində 1,56 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 11 faiz çoxdur.
“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 176 min sərnişin düşmüşdür.
1 milyon 343 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 31 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşmüşdür.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-may ayları ərzində bu istiqamətlərə 1 milyon 22 min sərnişin uçmuşdur. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air” Bakıya uçuşlar yerinə yetirməyə başlamışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"-ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.
Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.



Heydər Əliyev Beynəlxalq Aeroportundan 4 aylıq statistika
Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində olan statistikası
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportunun 8 ay ərzində olan statistikası
Heydər Əliyev Beynəlxalq Aeroportunun üç aylıq hesabatı
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk altı ay ərzində təqribən iki milyon sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsinin sayı açıqlanıb
Bakı Aeroportundan istifadə edən sərnişinlərin sayı açıqlanıb
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
Heydər Əliyev Beynəlxalq Aeroportundan daha bir uğur
Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanının ən yaxşı aeroportu seçildi
Bəzi təyyarələr Bakıya təcili eniş etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 