ONN media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk altı ayı ərzində 1,96 milyon sərnişinə xidmət göstərmişdir.
Bu göstərici ötən ilin analoji göstəricisindən 14 faiz çoxdur.
Milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən 815 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkət tərəfindən isə 216 min sərnişin daşınmışdır.
Beynəlxalq reyslərlə ümumilikdə 1 milyon 685 min sərnişinə xidmət göstərilmişdir (ümumi sərnişin axınının 86 faizi). Beynəlxalq sərnişinlərin ümumi sayının 32 faizi AZAL aviaşirkətinin, 13 faizi isə “Buta Airways” aviaşirkətinin payına düşmüşdür.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan artıq istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-iyun aylarında bu istiqamətlərdə 1 milyon 250 min sərnişin uçmuşdur. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air”, həmçinin Omanın “SalamAir” aviaşirkəti (Maskat-Bakı) Bakıya uçuşlar yerinə yetirməyə başlamışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu "Skytrax" konsaltinq şirkətinin ən yüksək “5 ulduz” reytinqinə layiq görülmüşdür.
Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportu göstərilən xidmət səviyyəsinə görə ardıcıl olaraq ikinci il Rusiyanın və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanları siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.



Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk beş ay ərzində 1,5 milyondan çox sərnişinə xidmət göstərmişdir
Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində olan statistikası
Heydər Əliyev Beynəlxalq Aeroportundan 4 aylıq statistika
Heydər Əliyev Beynəlxalq Aeroportunun 8 ay ərzində olan statistikası
Bakı Aeroportundan istifadə edən sərnişinlərin sayı açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportunun üç aylıq hesabatı
Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsinin sayı açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportundan daha bir uğur
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanının ən yaxşı aeroportu seçildi
Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 