Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüseyn Turi arasında keçirilən görüşdə Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
Görüşdə Fuad Nağıyev son dövrlərdə Pakistandan gələn ziyarətçilərin sayında artımın olmasını, Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə Pakistanda keçirilən beynəlxalq turizm sərgilərində iştirak haqqında məlumat verərək təbliğat tədbirlərinin davam etdiriləcəyini qeyd edib.
S.Hüseyn Turi Azərbaycanla Pakistan arasında turizm əlaqələrinin inkişafında maraqlı olduqlarını, turizmin müxtəlif növləri barədə, xüsusilə dağ turizmi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib.
Görüşdə həmçinin iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili, eləcə də bloger və media nümayəndələrindən ibarət nümayəndə heyətləri üçün info turların təşkili, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə edilib.
Hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə iki dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Qeyd edək ki, Azərbaycana həyata keçirilən səfərlərin sayına görə Pakistan pandemiyadan sonra tam bərpa olunan hədəf bazarlar içərisində yer alaraq 2022-ci ilin statistikasına əsasən 51 700 nəfər ziyarətçi sayı ilə 7-ci yerdə qərarlaşıb. 2023-cü ilin yanvar-may aylarının 2019-cu və 2022-ci illərin müvafiq dövrü ilə müqayisəsində Pakistandan gələn ziyarətçilərin sayında 23% və 43% artım müşahidə edilib.



Bakı və Praqa arasında yeni reyslər açılacaq
Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalandı
Türkiyə və Rusiya arasında yeni sənəd imzalandı
Azərbaycan Altaya turist göndərəcək
Şamaxıda türkdilli ölkələrin turizm nazirlərinin toplantısı olacaq
Azərbaycan qış turizminə start verilib
Azərbaycana bu ölkədən gələnlərin sayı 8 faiz artıb
Azərbaycan və İraq arasında sənədlər imzalandı
DİQQƏT: Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılacaq
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ
İlham Əliyev Pakistanın baş naziri ilə görüşdü
Pakistanda "Azərbaycan Ticarət Evi" açılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 