Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanlarının araşdırılması müzakirə olunub. ONN media xəbər verir ki, qeyd olunan məsələyə Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında keçirilən üçüncü iclasında baxılıb. İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün virtual biznes forumların keçirilməsi, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə iştirak, investisiyanın təşviqi qurumlarının rəhbərliyi ilə investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması müzakirə edilib.
İclasın gündəliyinə həmçinin iki ölkə arasında qida təhlükəsizliyi və ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, əczaçılıq və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxil idi. İclasda çıxış edən İqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Rövşən Nəcəf, Azərbaycanda 2085 Pakistan şirkətinin fəaliyyət göstərdiyini qeyd edərək, bu ölkənin iş adamlarını Azərbaycan sənaye parklarında yaradılan əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, əczaçılıq, turizm və s. sahələrə investisiya yatırmağa dəvət edib.Pakistanda "Azərbaycan Ticarət Evi" açılır



Azərbaycan-Pakistan biznes forumu keçirildi
Azərbaycan və Macarıstan hökumətləri arasında iclas keçirildi
Azərbaycan və Özbəkistan arasında vacib sənədlər imzalandı
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb
Azərbaycan və Pakistan arasında yeni saziş imzalanacaq
Türk dövlətləri tranzit daşımaları müzakirə etdi
Azərbaycan-Almaniya: 8-ci iclas keçiriləcək
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Azərbaycanın və Rusiyanın Həştərxan vilayətinin iş adamları onlayn görüşüb
Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib
Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu başladı
Azərbaycan və İsrail arasında 4 sənəd imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 