ONN media "Turan Araşdırma Mərkəzi" İB-dən aldığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci ldə elan etdiyi qrant müsabiqəsində qaliblərdən biri də "Turan Araşdırma Mərkəzi" İB-də olmuşdur.
TAM-ın qalib gəlmiş "Zəngəzur toponiminin qədim etnogenez tarixi" adlı layihəsi çərçivəsində tanınmış ictimai-siyasi, elm xadimi, türkçü alim professor Əjdər İsmayılovun eyni adlı kitabının nəşri yer almaqla bir sıra tədbirlər nəzərdə tutulub.
Bu elmi əsərdə apardığı araşdırmalarda müəllif bu qənaətə gəlir ki, günümüzə kimi çoxsaylı müəlliflərin "Azərbaycan tarixi" adında yazdıqları kitabların heç birində çağdaş Azərbaycan dövlətçiliyinin tarixi qədim ümumtürk tarixi kontekstində araşdırılmamışdır. Unudulmuşdur ki, ruhu insanın canından, dırnağı mayadan ayırmaq olmaz! Ancaq rus imperiyasının XIX əsrin əvvəllərindən başlanan "Türksüz Ön Qafqaz" ideoloji ölüm konveyri 70 illik Sovetlər Birliyi dövründə etnokökü qarışıq olan, son nəfəsində də nifrət dolu bir pafosla "mən nə "türk" adında millət tanıyıram, nə də türk dili" - deyə ölkə rəhbərliyinin iştirak etdiyi elmi ictimaiyyət toplantısında açıq bəyanat verən bəzi aparıcı alimlərimizi gənclik illərindən düşmən mövqeyinə atdı. Azərbaycan tarixşünaslığında mütləq hakimiyyəti ələ keçirən həmin şəxslər Kremlin "Azərbaycan Respublikası" adlandırdığı coğrafiyada "çoxmillətli xalqlar"ın tarixini yazdılar və yazdırdılar. Bu kontekstdə də tarixşünaslığımızda düşmən konsepsiyasını - "Azərbaycan xalqının etnokökü" məsələsini elmin aparıcı modelinə çevirən, özləri kimi yad düşüncəli, ziyankar etnik qələm sahibləri yetirməyə nail oldular. Bununla da onlar heç bir elmi qaynaqda adı belə çəkilməyən gəlmə etnikləri, hətta hayları türkün əcdad torpaqlarına sahib etdilər. Mənsəb və şöhrət naminə hakimiyyətin müti nökərlərinə çevrilmiş bu dönüklər Azərbaycan türkünün Ön Qafqazda köklənmiş ən qədim nəsil ağacının budaqlarını ümumtürk tarixindən nəinki ayırdılar, hətta qara torpaqdan onun rişələrini də qazıyıb atdılar.
Zəngəzur toponiminin qədim etnogenez tarixi" adlı tədbirlərin keçirilməsi Naxcıvan Dövlət Universiteti, AMEA, Azərbaycan Dövlət Pedoqoji Universiteti və ADPU-nun Quba filialında nəzərdə tutulub.
Tədbirlər cari ilin 20 sentyabr və 31 oktyabr tarix araları keçiriləcək



"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
Zəngəzura aid yeni elmi əsər çapdan çıxdı
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi" layihəsi AMEA-da
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı kitabının təqdimatı keçirilib - Qubada FOTO
"Vətən yaşasın!" - Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
"Tarixini unutma!" - Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
“Qədim Ön Asiya və Ön Qafqaz Türk Tayfaları” elmi əsərinin elmi müzakirəsi keçirilib- YENİLƏNƏCƏK
Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər
Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir! Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 